BU lampaları satanlar cərimələnəcək
(6-06-2025, 10:30)

Közərmə lampalarını satanlar cərimələnəcək.
dovrunnabzi.az bildirir ki, növbəti ildən dükan və bazarlarda bu cür lampalara rast gəlməyəcəyik. Çünki bu məhsullar öz yerini enerji baxımından daha sərfəli olan led lampalara verəcək. Energetika Nazirliyinin sektor müdiri Əli Salmanlı bildirir ki, proses mərhələli şəkildə aparılacaq.
Nazirlik rəsmisinin sözlərinə görə, bu qadağada ən birinci və vacib məqsəd təhlükəsizlik və enerji sərfiyyatının azaldılmasıdır. Çünki közərmə lampaları qiymətdə ucuz olsa da, enerji və iqtisadi baxımdan səmərəsiz hesab edilir.
Qərarın qüvvəyə mindiyi tarixdən yəni, gələn ilin yanvarından bu qaydanı pozan sahibkarlara, hüquqi və vəzifəli şəxslərə cərimə tətbiq olunacaq. Közərmə lampası istifadə edən vətəndaşlar üçün isə cərimə nəzərdə tutulmayıb. Cəriməni tətbiq edəcək qurumun müəyyənləşməsi və digər mexanizmlər üzərində də iş gedir.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 23

Xəbər lenti
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930