Dünyanın ən böyük bankları birgə rəqəmsal valyuta YARADIR
(23-05-2025, 13:00)

ABŞ-ın və dünyanın iri bankları birlikdə dolların dəyərinə bağlı rəqəmsal valyuta - stabilkoin yaratmağı planlaşdırır.
dovrunnabzi.az xəbər verir ki, məlumatı mənbələrə istinadən "Wall Street Journal" (WSJ) yayıb.
Bildirilir ki, danışıqlar ilkin mərhələdədir və onlarda "JPMorgan Chase", "Bank of America", "Citigroup" və "Wells Fargo" iştirak edir. Stabilkoinin yaradılmasının onlara, ənənəvi bank sistemində bir neçə gün çəkə bilən beynəlxalq köçürmələr də daxil olmaqla, maliyyə əməliyyatlarını sürətləndirməyə imkan verəcəyi gözlənilir. Amerika kredit təşkilatları öz stabilkoinlərini yaratmadan sürətlə inkişaf edən kriptovalyuta bazarında rəqabət qabiliyyətini itirəcəklərindən qorxurlar.
Yekun qərar hələ verilməyib. Qəzet qeyd edir ki, bu, bank müştərilərinin bu cür valyutaya tələbatının qiymətləndirilməsindən, eləcə də bu sahədə qanunvericilik təşəbbüslərindən asılı olacaq.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 14

Xəbər lenti