Bu məhsul marketlərdən yığışdırılır - İçindən şüşə qırıqları çıxdı - FOTO
(3-05-2025, 09:30)

"Organic Alla Norma Sauce" adlı sousun bəzi partiyalarında şüşə qırıqları aşkarlanıb və satışdan yığışdırılaraq istehlakçılara yeməmək xəbərdarlığı edilib. Geri çağırılma 140227 partiya nömrəli və istifadə müddəti 14/02/2027 olan məhsulları əhatə edir.
Qida Standartları Agentliyi bildirib ki, bu sousu alanlar dərhal marketə qaytarıb pulunu geri almalıdırlar. İstehlakçılara "əgər bu məhsuldan almısınızsa, onu yeməyin" xəbərdarlığı edilib.
Agentlik qeyd edib ki, geri çağırma qərarı məhsulda insan sağlamlığı üçün təhlükə yarada biləcək problem aşkarlananda verilir. Sousun geri çağırılması "Ocado" da daxil olmaqla onu satan bütün mağazalara şamil olunub.

Ana səhifəyə qayıt
Oxunub: 101
Xəbəri paylaş
Xəbər lenti
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər