“Lukoyl” 2 il əvvəl Bakıda açdığı şirkəti ləğv edir - DETALLAR
(30-01-2024, 11:00)

 

 

 

 


“Lukoyl Abşeron Eksploreyşn Limited” Şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunduğunu elan edib.

Ləğvetmə elanında kreditorlardan iki ay ərzində tələblərini Bakı şəhəri, Səbai̇l rayonu, Zeynalabdi̇n Tağıyev küçəsi, ev 13, MƏRT.4 ünvanına bildirmələri istənilir.

Elanda nümayəndəliyin ləğvi ilə əlaqədar səbəblər qeyd olunmur.

Qeyd edək ki, nümayəndəlik 29 noyabr 2021-ci ildə Rusiyanın məşhur “Lukoyl” şirkətinin yerli törəməsi olan “Lukoyl-Azərbaycan” QSC ilə eyni hüquqi ünvanda - Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsi, 13-də qeydiyyatdan keçib. Qanuni təmsilçi Qurbanov Elnur Vaqif oğludur.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 331

Xəbər lenti