“Oliqarx məmurlar ucuz yağ və piyi kərə yağı adı ilə əhaliyə satır” - FAKT BUDUR!
(30-01-2024, 09:00)



Ölkə bazarında çox çeşiddə kərə yağı olsa da, onların fərqli tərkibdə olduğu bildirilir.

Vətəndaşların istehlak etmək məcburiyyətində qaldığı bu yağların heç də hamısı keyfiyyətli deyil.

“Kərə yağı alarkən diqqətli olun. Təəssüflər olsun ki, oliqarx məmurlar ucuz yag və piylərdən alınmış qatqını kərə yağı adı ilə əhaliyə baha qiymətə satırlar”.

“Cebhe.info” xəbər verir ki, bu fikirləri kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli bildirib. Mütəxəssis qeyd edib ki, 1 kiloqram (82,5 faizlik) kərə yağının istehsalı üçün 23 litr təzə inək südündən (3,6 %-li) istifadə olunur:

“Azərbaycan şəraitində kərə yağı istehsalı çox baha başa gəlir. Xammal istehsalı, daşınması, emalı və digər xərcləri nəzərə alanda 1 kiloqram əsl kərə yağının bazarda qiyməti ən azı 20-22 manat olmalıdır.

Digər ölkələrdə, xüsusən Yeni Zelandiyada istehsal olunan kərə yağının xərcinin 50 faizini dövlət öz üzərinə götürür, sahibkara dotasiya, subsidiya verir. Bizim ölkədə süd, yağ istehsalçıları üçün güzəştlər nəzərdə tutulmur. Ona görə də işbazlar ucuz bitki yağlarını, heyvan piyini, marqarini qarışdırıb əldə olunan surraqatı əhaliyə kərə yağı kimi təklif edirlər. Həmçinin Azərbaycana digər ölkələrdən idxal olunan ucuz kərə yağlarının da keyfiyyəti aşağıdır”.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 25

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031