Masallıdakı süd yığım məntəqəsində vəziyyət ürək bulandırır - FAKT
(18-01-2024, 18:00)

Hörmətli oxucular!
Əməkdaşlarıız Masallı ərazisində yerləşən süd yığım məntəqəsində ürək açmayan hala rast gəliblər.
Sözügedən müəssisədə qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalara əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən olunub.
Elmdar adlı sahibkarın işlətdiyi bu süd yığımı məntəqəsində vətəndaşlardan qəbul olunan südlər qapağı açıq vəziyyətdə uzun müddət nəzarətsiz qalır. Bunun da nəticəsində qablara yığılan südün üzərində də hər cür həşərata rast gəlmək mümkündür. Məntəqə işçisi isə məsələyə özünəməxsus tərzdə "Məntəqədə süd süzgəcdən keçirilir və təmizlənir. İnəklərdən sağılan süd zamanı vedrəyə nəsə düşə bilər" deməklə fəaliyyətini süd kimi ağartmağa çalışıb...
Maraqlıdır bu müəssisədəki süd Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilmir? İnsanları zəhərləmək kimi haqqı Elmdara hansı qurum verib?
Masallı RİH başçısı, bütün güc strukturları hara baxır, nə işlə məşğuldur ki, Elimdar bir belə qanun pozuntusuna yol verir
Mövzunu davam etdirəcəyik...
Redaksiyamız qarşı tərəfin də söz haqqını tanıyır.
Ana səhifəyə qayıt
Oxunub: 48
Xəbəri paylaş
Xəbər lenti
03-09-2025 16:30
03-09-2025 13:00
03-09-2025 12:30
Ən çox baxılanlar
Seçilənlər