“Xalq Sığorta”nın xərci borcunu ödəmir, biznes itkiləri 18 milyonu ötüb - BU DA FAKT!!!
(16-01-2024, 14:30)
2023-cü ilin yanvar-noyabr ayında “Xalq Sığorta” şirkətinin topladığı sığorta haqları 20,07 milyon manat təşkil edib.
Bablamasına görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 47,3% azdır. Başqa sözlə, son bir ildə sığorta şirkətinin yığımları üzrə itkiləri 18,03 milyon manat olub. 2022-ci ilin yanvar-noyabr aylarında “Xalq Sığorta” 38,1 milyon manat sığorta haqqı toplaya bilmişdi.
Yığımların kəskin azalması ilə yanaşı, “Xalq Sığorta”nın sığorta ödənişləri sözügedən dövrdə 13,7% və ya 3,3 milyon manat azalaraq 20,9 milyon manat təşkil edib. 2022-ci ilin ilk on bir ayında bu rəqəm 24,3 milyon manata bərabər olmuşdu.
Ümumilikdə, sığorta şirkətinin ödənişləri yığımlarını 874 min manat üstələyib. Bu isə onun zərərliliyini (ödəniş-yığım nisbəti) kəskin artıb. Belə ki, 2022-ci ilin yanvar-noyabr aylarında “Xalq Sığorta” topladığı hər 100 manatdan 64,8 manat ödənişə yönəldibsə, bu ilin eyni dövründə bu rəqəm 104,4 manat təşkil edib.
Xatırladaq ki, “Xalq Sığorta” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 58,75 milyon manatdır. Şirkətin səhmlərinin 50%-i “İdeal Business Co.” MMC-yə, 50%-i isə “Euro Standard” MMC-yə (“Xalq Bank” ASC-nin 33.85%-lik səhmdarı, “Bank Avrasiya” ASC-nin 37,5%-lik səhmdarı) məxsusdur.
Ana səhifəyə qayıt
Oxunub: 46
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Təqvim
| « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
Seçilənlər







