“Yaşıl dünya naminə həmrəylik ili” Akif Məmmədova aid deyil?
(16-01-2024, 12:00)

 

Bu gün redaksiya olaraq haqqında danışmaq istədiyimiz şəxs 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Akif müəllimdir. Nəzərinizə çatdırmaq istəyirik ki, redaksiyamıza daxil olan məlumatlarda sakinlər bu rayonlarda ekoloji vəziyyətin dözülməz olduğunu bildirirlər.
İddialara görə guya özünün heç bir şeydən xəbəri olmayan Akif Məmmədov sahə üzrə müfəttişlərin hamısından rüşvət almaqdan da çəkinmir. Balakəndə qeyri-qanuni taxta sexləri məhz qırılan meşəliklərin sayəsində çalışır.
Hətta Balakəndə çayın içində qanunsuz avadanlıqlar gətirilib, qum, daş, çınqıl yığımı fəaliyyəti göstərilir və bunun da nəticəsində çayın məcrasını dəyişirlər...
Bəs təbiətə biganəlik haradan başlayır? Təbii ki, qeyri peşəkar idarəetmənin yol verdiyi bir çox məsələlərdən. Sözügedən idarəyə ötən ilin dekabr ayında Akif Məmmədov rəis təyin edilib. O, daha əvvəl “Şahdağ” Milli Parkının direktoru olub. Akif Məmmədovun buraya rəis təyin olunmasına olunmasına qədər meşə mühafizə idarələrində nələrin baş verdiyini xatırlatmağa ehtiyac yoxdur. Meşələri taladıqlarına görə həbs olunanalar, cərimələnənlər və sairlər hamısı 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nəzarətində olduğu rayonlarda baş verib. Bəs yeni rəis təyin olunduqdan sonra burada nə kimi dəyişikliklər olub?
Ən əsas məqamı nəzərinizə çatdırmaq istəyirik ki, həbs olunan Rəşad Mahmudovla əlbir olan Akif Məmmədov Rəşad müəllim tutulduqdan sonra özünü təmizə çıxarmaqla məşğul idi. Maraqlıdır, hara baxırdı görəsən 7 saylı Regional Ekoligiya və Təbii Sərvətlər İdarəsinin rəisi Akif müəllim ki, Rəşad Mahmudov bu boyda qanun pozuntusuna yol verirdi. Korrupsiya İdarəsi gəlib bu faktları aşkar edə bilib, amma Akif müəllim guya bu boyda qanun pozuntusunu görə bilmirdi. Görə bilmirdi yox, daha dəqiq desək göz yumurdu.
Maraqlıdır, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəisi cənab nazir Muxtar Babayev və nazirliyin əməkdaşları niyə işlərinə məsuliyyətsiz yanaşırlar. Günü-gündən çiçəklənən ölkəmizin ekologiyası bu vəziyyətdə olmamalıdır.
Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, həmçinin digər güc strukturlarına. Akif müəllim və onun gördüyü qanunsuz əməllər araşdırılmalı, barəsində ciddi və lazımı tədbirlər görülməlidir.
Araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 23

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031