“Səfalı Ticarət Mərkəzi“ndən ÖZBAŞINALIQ... - Arxitektura Komitəsini saymır
(12-01-2024, 11:30)


“Səfalı Ticarət Mərkəzi“ndən ÖZBAŞINALIQ... - Arxitektura Komitəsini saymır

“Səfalı Ticarət Mərkəzi” Açıq Səhmdar Cəmiyyəti apardığı qanunsuz tikintiyə aidiyyatı dövlət qurumları müdaxilə edə bilmir.

Bakı şəhər Şəhərsalma və Memarlıq Baş İdarəsi tərəfindən 10 may 2023-cü il tarixdə digər dövlət qurumuna ünvanladığı sənəddə tikilmiş qeyri-yaşayış obyektinin arxa fasadının dam hissəsində layihədə öz əksini tapmayan hasar inşa edildiyi qeyd edilir.

Bakı şəhər Şəhərsalma və Memarlıq Baş İdarəsi məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyətinə rəsmi müraciət də ünvanlayıb. Lakin ünvanlanan müraciətdən xeyli zaman keçməsinə baxmayaraq, qanunsuz tikili hələ də qalmaqdadır.



Qeyd edək ki, “Səfalı Ticarət Mərkəzi” Açıq Səhmdar Cəmiyyəti Xətai rayonu, Məhəmməd Hadi 58 ünvanında fəaliyyət göstərir.

“Səfalı Ticarət Mərkəzi” ASC-nin qanuni təmsilçisi Tağıyev Fateh Əfqan oğludur.

Mənbə: "AzFakt.com"

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 35

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930