Rəşad Mahmudovun həbsindən ibrət dərsi götürməyən Əkrəm Babayev kimə arxayındır?
(30-11-2023, 11:00)

Məlum olduğu kimi, meşə sərvətləri heç bir digər təbii sərvətlərə xas olmayan çoxsahəli funksiyaları yerinə yetirir. Meşələr yeganə təbiət kompleksi hesab olunur ki, onlar su, hava və torpaq kimi biosferanın çox vacib olan komponentlərinin sabitləşdirilməsinə şərait yaradır. Respublika meşələrinin əksər sahələri (85%) Böyük Qafqazda, Kiçik Qafqazda və Talış dağ bölgəsində yerləşir. Meşələrin çox hissəsi qiymətli ağac cinslərindən ibarətdir (palıd, fıstıq, vələs, cökə, ağcaqayın və s.). Respublikanın meşələrinin müxtəlifliyi, onun yayılması iqlim, torpaq, müxtəlif hündürlük qurşaqlarından və digər şəraitdən asılıdır. Bu baxımdan Qəbələ rayonu xüsusi gözəlliyə malikdir.
Lakin son illər Qəbələ meşələrinin başı üzərini ciddi təhlükə alıb. Bu haqda yerli sakinlər tərəfindən artıq neçə müddətdir ki, müxtəlif instansiyalara ünvanlanan həyəcan dolu məktublarda da bildirilir. Məktublarda bildirilir ki, son vaxtlar rayonun meşələri mütəmadi olaraq qırılır, satılır, məhv edilir. Rayondakı vəzifəli şəxslərə məxsus mebei və parket sexlərinə çökə, palıd, fıstıq, vələs, göyrüş, şabalıd, qoz, cır armud və s. kimi qiymətli ağaclar gətirilir, ilkin emaldan çıxaraq Bakıya daşınır. Hətta qoruq ərazilərində də qiymətli ağaclar qırılıb satılmaqdadır.
Bu gün redaksiya olaraq haqqında danışmaq istədiyimiz şəxs Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin rəisi Əkrəm Babayevdir. Nəzərinizə çatdırmaq istəyirik ki, redaksiyamıza daxil olan məlumatlarda sakinlər bu rayonlarda ekoloji vəziyyətin dözülməz olduğunu bildirirlər. Ümumiyyətlə təbiətə biganəlik haradan başlayır? Təbii ki, qeyri peşəkar idarəetmənin yol verdiyi bir çox məsələlərdən. Sözügedən Əkrəm Babayev rəis təyin edilənə kimi meşə mühafizə idarələrində nələrin baş verdiyini xatırlatmağa ehtiyac yoxdur. Meşələri taladıqlarına görə həbs olunanalar, cərimələnənlər və sairlər hamısı millətin gözünün önündə baş verib. Bəs yaxşı, şikayətlərin tüğyan etdiyi vaxtda yeni rəis təyin olunduqdan sonra burada nə kimi dəyişikliklər olub?
Görünən odur ki, vəziyyət nəinki yaxşılığa doğru dəyişməyib, hətta lap pisləşib. Belə ki, Əkrəm Babayevin işbazlara “yaşıl işıq” yandırması nəticəsində bu gün rayonun müxtəlif kəndlərində taxta bazarı daim açıq, işlək vəziyyətdədir. Bu taxta sexləri meşələrdən kəsilən ağaclar hesabına işləyir.
Maraqlıdır, həbs olunan Rəşad Mahmudovdan da ibrət dərsi götürməyən Əkrəm Babayev kimə arxayındır ki, bu boyda qanun pozuntusuna yol verir?
Bəs görəsən niyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəisi cənab nazir Muxtar Babayev və nazirliyin əməkdaşları niyə işlərinə məsuliyyətsiz yanaşırlar?! Günü-gündən çiçəklənən ölkəmizin ekologiyası bu vəziyyətdə olmamalıdır.
Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, həmçinin digər güc strukturlarına. Əkrəm Babayev və onun gördüyü qanunsuz əməllər araşdırılmalı, barəsində ciddi və lazımı tədbirlər görülməlidir.
Araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
Ana səhifəyə qayıt
Oxunub: 87
Xəbəri paylaş
Xəbər lenti
15-07-2025 16:00
15-07-2025 13:30
15-07-2025 10:00
Ən çox baxılanlar