Nəcməddin Sadıqovun qaynı ilə tikinti maqnatı arasında qalmaqal - DETALLAR
(16-11-2023, 22:30)

 
Tikinti maqnatı kimi tanınan İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) məxsus "Şərur" Mənzil-Tikinti Kooperativi (MTK) məhkəməyə verilib.

İddiaçı Cərəyxanov Cərəyxan Abdullayeviçdir. Onun iddiası Yasamal Rayon Məhkəməsinin hakimi Kərim Xudayevin icraatındadır. Noybarın 14-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdən ibarətdir.

Mediada Cərəyxan Cərəyxanov Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun qaynı kimi təqdim edilir. Onunla "Şərur" MTK arasındakı mübahisə isə mənzillə bağlıdır. Məsələ burasındadır ki, MTK-nın sahibi İsfəndiyar Axundovun Elmir Məhərrəmov adlı şəxsə borcu olub. Həmin şəxs İsfəndiyar Axundovun şirkətinə 26 520 manat dəyərində şifer verib, lakin pulunu ala bilməyib. İsfəndiyar Axundov borc müqabilində Cərəyxan Cərəyxanova məxsus mənzilin sənədlərini girov kimi Elmir Məhərrəmova təqdim edib.

Ötən il mediada Elmir Məhərrəmovun bu məsələ barədə açıqlaması dərc olunub. Açıqlamadan məlum olur ki, İsfəndiyar Axundov borcunu ödəmək istəmir. Cərəyxan Cəryxanova məxsus mənzilin sənədləri isə hələ də ondadır.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 284

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930