Xətaidə uşaq bağçasının ərazisi özəlləşdirilərək 13 milyona SATIŞA ÇIXARILDI – FOTOFAKT
(30-10-2023, 13:30)


Xətaidə uşaq bağçasının ərazisi özəlləşdirilərək 13 milyona SATIŞA ÇIXARILDI – FOTOFAKT

Xətai rayonunun Əhmədli qəsəbəsində 13 milyon manata torpaq sahəsi satılır.

Bu barədə “tap.az” saytında elan yerləşdirilib.

Satışa çıxarılan ərazinin ümumi sahəsi 1 hektar 28 sotdur. Maraqlıdır ki, ərazi vaxtilə uşaq bağçası olub. Hazırda binadan özəl tədris müəssisəsi kimi istifadə edilir.

Digər tərəfdən, Bakı şəhərində məktəbəqədər tərbiyə müəssisələrinin çatışmazlığının olduğu bir vaxtda uşaq bağçalarının özəlləşdirilməsi də suallar doğurur.

Mövzu ilə Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov sorğumuza cavab olaraq məsələdən məlumatlı olduqlarını və sözügedən ərazinin özəl mülkiyyət olduğunu bildirib.

İcra hakimiyyətinin rəsmisi özəlləşdirmələrin Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin səlahiyyətində olduğunu qeyd edib. Mövzunu davam etdirəcəyik.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 124

Xəbər lenti