“Bakı Metropoliteni" Abid Şərifovun şirkətinə 31 milyonluq tender verdi - AXI NİYƏ?
(6-10-2023, 18:00)
"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) H.Aslanov stansiyasının dalan yollarında korroziyaya uğramış yük daşıyıcı konstruksiyaların bərpası işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Tenderin qalibi Avro-Asiya İnşaat Korpoasiyası "Evrascon” Açıq Səhmdar Cəmiyyəti (ASC) seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 31 677 740,95 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, Avro-Asiya İnşaat Korpoasiyası "Evrascon” ASC 30 aprel 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 377 290 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Qurban Xəlilov küçəsi, ev 8-də yerləşir. ASC-nin qanuni təmsilçisi İsmiyev Həmzət İsmayıl-Əfədniyeviçdir.
"Evrascon” MMC baş nazirin keçmiş müavini Abid Şərifovun şirkəti kimi tanınır. Araşdırma materiallarında qeyd olunur ki, Abid Şərifovun həyat yoldaşı Sədayə Yaqub qızı "Evrascon” ASC-nin səhmlərinin 22 920 ədədinin (nizamnamə kapitalının 12,15 faizi) mülkiyyətçisidir. Abid Şərifov isə bu barədə mediaya açıqlamasında şirkətin qardaşına məxsus olduğunu bildirib.
Qeyd edək ki, Abid Şərifov 1995-2018-ci illərdə baş nazirin müavini vəzifəsində çalışıb.
Ana səhifəyə qayıt
Oxunub: 172
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Təqvim
| « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
Seçilənlər







