Zahir və Tahir adlı "işbaz" qardaşların hegemonluğu yerli sakinləri bezdirib - VİDEOMÜRACİƏT
(26-09-2023, 14:00)

 
Əziz oxucular!
Saatlı rayonunun yerli sakinlərinin redaksiyamıza göndərdiyi çoxsaylı şikayət məktubları əsasında məlum olmuşdur ki, sözügedən ərazisində Zahir və Tahir adlı "işbaz" qardaşlar əməlli-başlı qum karxanası yaradıblar.
Maraqlısı odur ki, bu şəxslər rayonun öz sakinlərinə qum vermir... Ərazidən qum əldə etmək üçün mütləq ayrı zonanın qeydiyyatında olmalısan...
Bu karxanaların fəaliyyəti nəticəsində yol kənarındakı yulğun ağacları taamilə məhv edilib, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin üst münbit qatı korlanıb, kənd təsərrüfatına yararlı torpaq sahələri əkin dövriyyəsindən çıxarılıb, onların əvvəlki təyinatı üzrə istifadəsi qeyri-mümkündür. Belə torpaqların rekultivasiya (bərpa) edilərək əvvəlki vəziyyətinə gətirilməsi böyük vəsaitlər tələb etdiyindən dövlətə və vətəndaşlara, həmçinin kənd təsərrüfatının inkişafına ciddi ziyan dəyir.
Bəs belə olan halda ortaya haqlı sualımız çıxır: Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun tabeliyində olan məsul şəxslər niyə Saatlıdakı Tahir və Zahir qardaşlarına qarşı ölçü götürmürlər?
Daha ətraflı videomaterialda izləyə bilərsiniz.

Redaksiyamız qarşı tərəfin də söz haqqını tanıyır.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 276

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930