Castin Biber marixuana biznesi ilə məşğul olacaq
(6-10-2021, 10:03)

Məşhur kanadalı pop müğənni Castin Biber marixuana biznesi ilə məşğul olmaq qərarına gəlib.
27 yaşlı müğənni yeni ticarət markasına son albomunda yer alan “Peaches” musiqisinin adını verəcək.
Bu məqsədlə müğənni ABŞ-ın marixuana istehsal edən “Palms” şirkəti ilə əməkdaşlıq edəcək.
Artıq müğənni bu xəbəri şərh də edib.
“Mən “Palms”ın fanatıyam. Onlar marixuananı əlçatan etməklə marixuana damğasını dağıdırlar. Bir çox insan öz psixi sağlamlığının yaxşılaşması üçün marixuanadan istifadə edir”, - deyə Castin Biber vurğulayıb.(oxu.az)
Ana səhifəyə qayıt
Oxunub: 45
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər