Professor Buludxan Xəlilov vəfat edib
(27-09-2021, 11:24)

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasının müdiri Buludxan Xəlilov vəfat edib.
Modern.az xəbər verir ki, 55 yaşında dünyasını dəyişən B.Xəlilov xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Buludxan Xəlilov 1966-cı il iyulun 25-də Qərbi Azərbaycanın rayonunun Ellərkənd kəndində anadan olub. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil alıb (1983-1990). Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirib (1985-1987). Əmək fəaliyyətinə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili kafedrasında laborant kimi başlayıb. Burada baş laborant, müəllim (1990-1996) işləyib, 2001-ci ildən professor idi.
Müasir ədəbi-tənqidi fikrin, ədəbi irsin araşdırılmasında öz dəst-xətti ilə seçilib. Ədəbi dilin tədqiqinə dair bir sıra monoqrafik əsərin müəllifidir. Uzun müddət dövri mətbuatda elmi, elmi-kütləvi məqalələrlə çıxış edib.
Allah rəhmət eləsin…
Ana səhifəyə qayıt
Oxunub: 68
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Təqvim
| « Fevral 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | |
Seçilənlər






