Sərxoş sürücü polisə tabe olmadı - İçkili maşın sürməsini belə izah etdi
(10-07-2025, 11:00)

Bakıda sərxoş sürücü saxlanılan zaman polisə tabe olmayıb. Onun maşınında oyuncaq tapança və polis forması da olub.
dovrunnabzi.az xəbər verir ki, Binəqədi rayonu, C.Xəndan küçəsində təxminən saat 03:00 radələrində “Volkswagen Polo” markalı maşının sürücüsü 40 yaşlı Adil adlı şəxs saxlanılıb.
Polis əməkdaşları onun sərxoş olduğunu müəyyən ediblər. Sürücü polislərə tabe olmayaraq maşından düşmək istəməyib.
Məsuliyyətə cəlb edilən sürücü məhkəmədə deyib ki, hadisə vaxtı sərxoş olduğu üçün baş verənləri xatırlamır və etdiyi hərəkətlər iradəsindən asılı olmayıb. Sürücü əlavə edib ki, maşında olan oyuncaq tapança oğluna məxsus olub. O, maşında olan polis geyimindən xəbərsiz olduğunu bildirib.
Sürücü içkili maşın sürməsinin səbəbini izah edərkən deyib ki, uşaqlarına tək baxdığı, atası isə ağır xəstə olduğu üçün depressiyada olub. Buna görə də həmin gün spirtli içki qəbul edib.
Məhkəmə onun barəsində 10 gün inzibati həbs cəzası təyin edib.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 7

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930