ANAR MƏMMƏDOVUN “TRUMP TOWER”İ YANIR! – Nazir hadisə yerinə gəlib +FOTOLAR/VİDEO
(28-04-2018, 16:35)

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın binanın çölünü əhatə edib. Binanın içərisinə yanğın keçməyib.
Hazırda yanğınsöndürənlər tərəfindən yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
Bakıda, sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olan və tikintisi yarımçıq qalmış «Trump Tower»də güclü yanğın başlayıb.
“AzPolitika.info”nun hadisə yerində olan əməkdaşı bu barədə məlumat verir.
Bu dəqiqələrdə hadisə yerinə yanğınsöndürənlər gəliblər. Artıq yanğına müdaxilə başlayıb.
APA xəbər verir ki, yanğın baş verən ərazidə təhlükəsizlik tədbirlərinin görülməsi məqsədi ilə Heydər Əliyev prospektindən Yusif Səfərov küçəsi istiqamətində əsas və köməkçi yol bağlanıb.
Yanğın binanın 13, 14, 15, 16, 17, 18, 19 və 20-ci mərtəbələrində müşahidə olunur.
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov hadisə yerinə gəlib.





Ana səhifəyə qayıt
Oxunub: 790
Xəbər lenti
22-01-2021 17:00
22-01-2021 15:00
22-01-2021 13:30
22-01-2021 11:00
22-01-2021 09:30
Ən çox baxılanlar
Seçilənlər