"Qarabağdakı ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da..."
(11-05-2021, 18:00)

Politoloq Qafar Çaxmaqlı Rusiya xarici işlə naziri Sergey Lavrovun Bakıya səfərini şərh edib:
"Rusiya XİN rəhbəri Lavrovun Ermənistana və Azərbaycana səfərindən sonra separatçı rejimə önəmli mesajlar verildi. Ən önəmlisi, İlham Əliyevin də inamla səsləndirdiyi status söhbəti olmayacaq. Azərbaycanın bu bölgəsində İşğaldan azad olunmamış Xankəndi və digər yerlərdə yaşayan ermənilər ciddi seçim qarşısında qalıblar. Ya Azərbaycan vətəndaşlığını qəbul edib hər mənada bölgənin yenidən qurulmasında iştirak etməlidirlər, ya da xarici ölkə mənsubları kimi buranı tərk etməlidirlər. Ermənistan baş naziri 10 noyabr bəyanatından sonra 6 aylıq vaxt istəmişdi və söz vermişdi ki, burada erməni əhaliyə status alacaq. Bu olmadığı təqdirdə nə edəcəyini bilmir. İndi bütün günahı Rusiyanın üstünə atıb Qərbə üz tutmaq kimi bir siyasət sərgilənir. Rusiya bunun fərqindədir. Lavrovun mətbuata açıqlanmayan görüşündə ehtimal ki, onlara rus sülhməramlılarının məqsədlərinin bu olmadığı deyilib. Ermənistanda son gəlişmələrdən də bilmək olur ki, siyasi hakimiyyət dilemma qarşısındadır. Onların Qərbə ümidləri də nəticə vermir. Qərb, xüsusən ABŞ və Fransa prosesə aktiv daxil ola bilmirlər. İunda keçiriləcək seçkilərdən sonra konkret olaraq statisun yenidən gündəmə gətiriləcəyini nəzərə alsaq, Azərbaycanın həmin məsələyə münasibətinin dəyişməyəcəyi şəksizdir".
Ana səhifəyə qayıt
Oxunub: 76
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Təqvim
| « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
Seçilənlər






